“Dəyirmi masa” keçirildi
Məktəbimizin rus bölməsi 8”Ç” sinif şagirdləri ölkəmizdə gedən sosial, iqtisadi, mədəniyyət, təhsil sahəsində keçirilən islahatlara aid “Dəyirmi masa” keçirdilər. Tarix müəllimləri Sevda Cəfərova və Gülnarə Şamilovanın rəhbərliyi ilə keçirilən “Dəyirmi masa”da şagirdlər ölkədə həm sosial, mədəniyyət, təhsil sahələrində baş verən köklü islahatlardan söz açdılar, həm ölkəmizdə baş tutan dünya səviyyəli idman yarışlarından: Formula 1, İslam oyunları, Avroviziya mahnı yarışmasından, həm də hörmətli prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “ Nəsimi ili” elan edilməsindən danışdılar. “Dəyirmi masa”da iqtisadi islahatlardan bəhs olunan teleçarx nümayiş olundu.
“Dəyirmi masa” Emin Ağalarovun “Azərbaycan” mahnısı ilə sonlandı.