“Talan olmuş Xocalım!”adlı tədbir keçirildi

25 fevral 2019-cu il tarixində məktəbin Ana dili və ədəbiyyat müəllimi Billurə Alışanovanın  rəhbərlik etdiyi 9”A” sinfi Xocalı soyqırımına həsr etdikləri “Talan olmuş Xocalım!” adlı tədbir keçirdi.

Tədbir Azərbaycan Dövlət himni ilə açıldı.Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər, məktəbimizin musiqi müəllimi Xanım Zeynalovanın bəstələdiyi “Xocalım” və “Xocalı dağı” mahnılarını oxudular.

Tədbirdə Xocalı müsibətlərini  əks etdirən  teleçarx  nümayiş olundu. Şagirdlər Mirvarid Dilbazinin “Xocalı fəryadı” adlı pyesindən hazırladıqları səhnəciyi nümayiş  etdirdilər.

Tədbirin sonunda məktəbin direktoru Hürzad Verdizadəyə söz verildi. O, Xocalı faciəsində xalqımızın başına gətirilən müsibətlər haqqında düşüncələrini tədbir iştirakçıları ilə bölüşdü.

Tədbir “Heyratı” sədaları altında sona yetdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi