“Valideynin məktəbdə bir günü”
21 fevral 2019-cu il tarixdə 14№li tam orta məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 28.01.2019-cu il tarixli F-66 nömrəli“Valideynin məktəbdə bir günü” adlı layihəsinin tətbiqi oldu.
Verilmiş əmrin icrası ilə bağlı saat 9:00-da akt zalında məktəbin direktoru Hürzad Verdizadənin 2018/2019-cu tədris ilinin birinci yarımili ərzində görülmüş işlərə dair hesabatı dinlənildi. Hesabatda bu ilin “Təhsildə keyfiyyət ili”elan edilməsi vurğulandı. Yarımil ərzində tədris planına uyğun olaraq, keçirilmiş nümunəvi dərslər, müxtəlif siniflərdə IX və XI siniflərdə aparılan monitorinqlərin təhlili müqayisəli verildi.I yarımilin yekununun müqayisəsi siniflər üzrə reytinq cədvəli əsasında onlara çatdırıldı.
Məktəblinin dostu layihəsinin əməkdaşı Aydın Mirzəyev valideynlərə “Hiperaktivlik” mövzusunda maarifləndirici məruzə ilə çıxış etdi.
Daha sonra valideynlər məktəbin sinif otaqları, idman zalı və həyətyanı sahəsi ilə tanış oldular, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar və müxtəlif dərsləri müşahidə etdilər.
Həmçinin valideynlər 21 Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı təşkil olunmuş tədbirdə iştirak etdilər. Tədbirdə məktəbin müxtəlif siniflərindən olan şagirdlər çıxış etdilər.Gələn qonaqlar, eləcə də məktəbin müəllim və şagird heyəti şagirdlərin çıxışında Ana dilinə aid məlumatlar, şeirlər,musiqilər,kəlam və aforizmlər dinlədilər Şagirdlər bir-birindən maraqlı səhnəciklər, rəqslər nümayiş etdirdilər
Tədbir “Azərbaycan – Odlar yurdum mənim” mahnısı ilə sona çatdı.
Məktəbin direktoru Hürzad Verdizadə də 21 Fevral Beynəlxalq Ana Dili Gününün mahiyyətindən,yaranma tarixindən məlumat verərək gənc nəslin üzərinə “dilimizi qoruyaq, sevək və daim ucalarda olması üçün əlimizdən gələni əsirgəməyək” kimi böyük və məsuliyyətli iş düşdüyünü vurğuladı.