“Göyçək Fatma” nağılı səhnələşdirildi

Məktəbimizdə şagirdlərdə bədii kitablara maraq yaratmaq və “könüllü oxu” devizi altında bir sıra işlər görülür,şagirdlər kitabxanaya cəlb edilir. Bu baxımdan məktəbin ibtidai sinif müəllimi Nazilə İsmayılova rəhbərlik etdiyi 3”A” sinif şagirdləri Azərbaycan xalq nağılı “Göyçək Fatma”nı səhnələşdirdilər.

Tədbir Azərbaycan Dövlət himni ilə açıldı.Öncə uşaqlar ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verdilər, şeirlər söylədilər, mahnılar oxudular.Sonra isə səhnələşdirdikləri “Göyçək Fatma” nağılını nümayiş etdirdilər.Səhnəcik bitdikdən sonra şagirdlər Yeni ilin gəlişini də qeyd etdilər, yeni ilə aid mahnılar oxudular, şeirlər söylədilər.Yeni ilin ən sevimli qonağı olan “Şaxta baba” da Qar qızla bərabər tədbirə təşrif buyurdu.

Sonda Nazilə müəllimə çıxış etdi. O,çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün önəmindən, ulu öndər Heydər Əliyevin xalqımızın inkişafı üçün etdiyi əvəzsiz xidmətlərindən söz açdı.Mütaliənin insan həyatındakı böyük rolundan  danışaraq  tədbir iştirakçılarını və bütün Azərbaycam xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi