“Xalqın dayağı” adlı tədbir keçirildi

        12 dekabr ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin vəfat günüdür. Bu böyük şəxsiyyətin anım gününü qeyd etmək məqsədilə məktəbimizdə tədbir keçirildi.

Tədbiri məktəbin ingilis dili  müəllimi Mətanət Məmmədovanın rəhbərlik etdiyi 6”C” sinfi keçirdi. “Xalqın dayağı” adlı tədbir Dövlət himnimizlə açıldı.

        Şagirdlər ulu öndərin həyat və yaradıcılığından danışdılar, ümummilli liderimizə həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular. Onu da qeyd edək ki, səslənən mahnılardan birinin -“Mən Azərbaycanlıyam”nı musiqisi məktəbimizin musiqi müəllimi Xanım Zeynalovaya aid idi.Tədbirdə ulu öndərdən bəhs olunan teleçarx nümayiş olundu.

Məktəbin xor kollektivi böyük siyasətçiyə həsr olunmuş “Ulu öndər”adlı mahnı ifa etdi. Eyni zamanda, şagirdlərin ulu öndərin məzarını ziyarətə getdikləri zaman çəkdirdikləri şəkillərdən ibarət slayd da  nümayiş etdirildi.Tədbir “Zəfər marşı”ilə sona çatdı.

        Sonda məktəbin təlim-tərbiyə üzrə direktor müavini Nailə Muradova ulu öndər haqqında, onun vətənimiz Azərbaycanın inkişafı yolunda göstərdiyi əvəzsiz  xidmətlərindən danışdı.O qeyd etdi ki, bu böyük dahi müasir Azərbaycanımızın yaranması və inkişafı uğrunda yorulmadan mübarizə aparmışdır.

Biz xalq olaraq,onun layiqli davamçısı, canab prezidentimiz İlham Əliyevin ətarfında sıx birləşərək bu böyük dahinin qurub yaratdığı müasir Azərbaycanımızın daima inkişafına,çiçəklənməsinə nail olmuş və olacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi