“İstilik hadisələri, istilik vermə və növləri” mövzusu üzrə debat dərs keçirildi
Məktəbin fizika müəllimi Validə Adığözəlovanın təşəbbüsü əsasında digər müəllimlərin də iştirakı ilə 8-ci siniflər arasında “İstilik hadisələri, istilik vermə və növləri” mövzusu üzrə debat dərs keçirildi.
Dərsdə istilik hadisələri, istilik vermə və onun növlərinin öyrənilməsinə aid müxtəlif təcrübələr göstərildi.Şagirdlər bölməyə aid slaydlar, videolar, krassvordlar, suallar və məsələlər hazırlamışdılar.
Debatın aparılmasında məqsəd şagirdlərin fizikaya olan marağını üzə çıxarmaq və qarşılıqlı əməkdaşlığı göstərmək idi.