Pedaqoji Şura iclası № 2
Noyabrın 30-da məktəb pedaqoji şurasının növbəti iclası oldu. İclasda pedaqoji heyət gündəlik məsələlərlə bağlı məruzələri dinlədi. Keçirilən fənn aylığının yekunu ilə bağlı Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşmə sədri Samirə Dadaşova və Təranə Əliyeva hesabat verdilər.
Təlim– tərbiyə işləri üzrə direktor müavinlərinin “sinif jurnallarının icra vəziyyəti”,“Bilik yarışması”nın məktəb mərhələsi”,“məktəbli kitabçalarının işlənmə vəziyyəti”, kitabxana müdiri Sevinc Hüseynovanın hesabat çıxışları oldu.Məktəbin riyaziyyat müəllimi Sevda Mirzəyeva bir sinif rəhbəri kimi 6”A” sinfində gördüyü işlərdən, şagirdlərinin qazandığı uğurlardan ətraflı şəkildə söhbət açdı.
Məktəbin direktoru Hürzad Verdizadə ümumi orta təhsil kursu üzrə məktəbin əvvəlki illərinin göstəricilərini və qarşıda duran məsələləri geniş təhlil etdi və pedaqoji heyəti Təhsil Nazirliyi, BŞTİ – nin əmr və sərəncamları ilə tanış etdi. İclasda müzakirə olunan məsələlər ətrafında çıxışlar oldu və müvafiq qərarlar qəbul olundu.