“Peşə seçimində valideynlərin rolu” mövzusunda görüş keçirildi

                Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi tədbirlərini həyata keçirən icra hakimiyyəti orqanıdır.Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsasnaməsini, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və bu “Əsasnamə”ni rəhbər tutur.

 Xidmət Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən olunmuş qaydada işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə cəlb olunması, peşə hazırlığı və əlavə təhsil məqsədi ilə müvafiq tədbirləri həyata keçirir, qanunvericiliyə uyğun olaraq işsizlik müavinətinin təyin olunmasını və ödənilməsini, müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.

3 dekabr 2018-ci il tarixdə Dövlət Məşğulluq Xidmətinin Nəsimi rayon şöbəsinin nümayəndələri məktəbimizdə oldular.Onlar şagirdlərlə"peşə seçimində valideynlərin rolu" mövzusunda söhbət apardılar.Müxtəlif suallar verməklə 8 və 9-cu sinif şagirdlərinin hansı  peşəni seçdiklərini və bu peşəni seçərkən onlara kimlərin yaxından kömək etdiyini müəyyənləşdirdilər.Hər bir şagirdə öz istəyinə, bacarığına, qabiliyyətinə uyğun peşə seçməyi tövsiyə etdilər.Videoçarx vasitəsilə yanlış peşə seçiminin insan həyatında nələrə səbəb olacağını açıq –aşkar göstərdilər.

Sonda hər bir şagirdə gələcək həyatında uğurlar dilədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi