“Məktəblinin dostu” layihəsi
“Məktəblinin dostu” layihəsi çərçivəsində 14 nömrəli tam orta məktəbdə ibtidai sinif
valideynlərinə təlim keçirilib
“Valideyndən öyrənək” adlı təlimdə uşaq psixologiyası ilə bağlı söhbət aparılıb. İbtidai sinif şagirdlərində yaranan və yaranabiləcək psixoloji problemlər, uşaqla necə ünsiyyət saxlamalı mövzusunda valideynlərə maarifləndirici məlumatlar verilib. Təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.