“İntellektual oyun” yarışması keçirildi
26 oktyabrda Nəsimi rayonu 14№li tam orta məktəbdə məktəb psixoloqu Lalə Ələkbərovanın təşəbbüsü ilə 5-ci siniflər arasında“İntellektual oyun”yarışması keçirildi.Hər sinifdən altı nəfər şagird bir komanda yaratmışdı.Oyun suallar əsasında təşkil olunmuşdu.45 dəqiqə ərzində 60 suala növbə ilə cavab verən beşincilər arasında gərgin mübarizə müşahidə olundu.
Oyunda məqsəd beşincilər arasında istedadlı şagirdləri üzrə çıxarmaq,onların dünyagörüşünü və məntiqi təfəkkürünü inkşaf etdirmək idi.
Oyunun qalibi 5”A” sinif şagirdləri oldular.5”B”və 5”C” sinif şagirdləri isə ikinci və üçüncü yerləri bölüşdülər.Hər bir komanda diplomla mükafatlandırıldı.