“Əbədiyaşar ömür”adlı tədbir keçirildi

Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il oktyabrın 5-də vermişdir.Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunmuşdur.İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir.Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı ulu öndər Heydər Əliyev vermişdir.

            Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar,həqiqətən, fədakar, xalqına,millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarlar qəbul etmişdir.

Bu münasibətlə  məktəbin  riyaziyyat müəllimi Sevda Mirzəyevanın rəhbərlik etdiyi 6”A” sinif şagirdləri “Əbədiyaşar ömür”adlı tədbir keçirdilər.

Tədbir Azərbaycan Dövlət Himninin səslənməsilə başladı.Şagirdlər 5 Oktyabr Müəllimlər Gününün qeydolunma tarixindən danışdılar, müəllimə həsr olunmuş Azərbaycan,ingilis və rus dillərində şeirlər söylədilər,aforizmlər səsləndirdilər,mahnılar oxudular.Hüseyn Cavidin “Gülbahar”şeiri və İbn-Sina ilə Bəhmənyanın görüşü”əsasında səhnəcik nümayiş etdirdilər.

Bəzi şagirdlər zaldakılara müraciətlə tapmaca səsləndirdilər,cavabı tapanlar hədiyyə ilə mükafatlandırıldılar.

Sonda məktəbin direktoru Hürzad Verdizadə öz ürək sözlərini söyləyərək “müəllim”adının şərəfli və uca tutulmasını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi