Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilir.

Hər il olduğu kimi,bu il də"Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə hər bir təhsil müəssisəsinin ərazisində təşkil edilir.

Belə tədbirlərdən biri də Bakı şəhəri Nəsimi rayonu 14№li tam orta məktəbdə təşkil olunmuşdur.Tədbir açıq elan ediləndən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və eyni zamanda üçrəngli bayrağımız göyə qaldırıldı.

Məktəbin direktoru Hürzad xanım Verdizadə bütün məzunları “Son zəng” bayramı münasibətilə təbrik etdi,onlara gələcək həyatlarında uğurlar dilədi,səslərinin həmişə zirvələrdən gəlməsini,Azərbaycan Respublikasına layiqli vətəndaş olmağı, şəxsiyyət kimi formalaşmağı arzuladı.Direktorun çıxışından sonra Bakı Şəhəri İcra Hakimiyyətinin nümayəndəsi Mirkamil Orucov,Bakı Şəhəri Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqə Şöbəsinin əməkdaşı Xədicə Məmmədova da məzunları təbrik edərək onlara müvəffəqiyyətlər arzuladılar.

Məktəbin adını yüksəldən, ictimai işlərdə yaxından kömək göstərən müəllim və şagirdlərin əməyi qiymətləndirildi və onlara diplomlar təqdim olundu.Daha sonra məzunların ibtidai sinif müəllimlərinə,sinif rəhbərlərinə və valideynlərinə söz verildi.Birinci sinif şagirdləri şeirləri və rəqsləri ilə bütün məzunları təbrik etdilər.

11”A,B,C” sinif şagirdləri öz növbəsində müəllimlər haqqında öz ürək sözlərini söylədilər və hazırladıqları rəqs parçalarını nümayiş etdirdilər.10-cu sinif şagirdləri Nərmin Orucova və Aygün Süleymanova“Bilik açarı”nı məzun olan Nərmin Səfərova və Rüstəm  Əliyevdən alaraq bu etimadı doğruldacaqlarına söz verdilər.

 Birinci sinif şagirdlərinin məzunlarımız üçün səsləndirdiyi son zənglə bayram tədbiri başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi