“100 ədədi sizlər üçün nəyi ifadə edir” adlı nümunəvi dərs keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar məktəbimizdə silsilə nümunəvi dərslər keçirildi.

14№li tam orta məktəbin sinif müəllimi Günay Rüstəmovanın rəhbərlik etdiyi 4”Ç”sinfində “100 ədədi sizlər üçün nəyi ifadə edir” adlı nümunəvi dərs  keçirildi.Dərs “100 ədədi  sizlər üçün nə ifadə edir” sualı ilə başladı.Şagirdlər İlham Əliyev cənablarının 2018-ci ili Cümuriyyət ili elan etməsi haqqında olan videonu izlədilər.Dərs zamanı şagirdlər Cumhuriyyətin yaranması, qurucuları haqqında ətraflı məlumat verdilər.

Dahi şəxsiyyətlərin fəaliyyətini əks etdirən videolar şagirdlərin xüsusi marağına səbəb oldu.Baş nazir F.Xoyski və ingilis generalı Tomsonun dialoqu Ayxan Cabbarlı və Salman Şahverdiyevin ifasında səhnələşdirildi.Dərs “Azərbaycan” mahnısının sədaları altında sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi