“Yaşa-yaşa,Azərbaycan!”adlı tədbir keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdur ilə əlaqədar paytaxtın Nəsimi rayonunun  idarə,müəssisə və təşkilatlarında,elm,təhsil və səhiyyə müəssisələrində silsilə tədbirlər təşkil edilib keçirilir.

Bu münasibətlə məktəbimizdə “Yaşa-yaşa,Azərbaycan!”adlı tədbir keçirildi. Əvvəlcə məktəbin həyətində ibtidai sinif şagirdləri fləşmob təşkil edərək üç rəngli bayrağımızın və 28 May ifadəsinin təsvirini qurdular.Daha sonra tədbiri izləmək üçün akt zalına keçid alındı.

Məktəbin direktoru Hürzad xanım Verdizadə gələn qonaqları,bütün tədbir iştirakçılarını salamladı və tədbiri açıq elan etdi.

Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və onun yaradıcıları olan M.Ə.Rəsulzadə,Ə.Topçubaşov,S.Mehmandarov,F.Xoyski haqqında məlumatlar söylədilər. Vətən haqqında S.Vurğun,M.Araz,X.R.Ulutürkün şeirlərini səsləndirdilər.Eyni zamanda Vətənə aid mahnılar oxundu,rəqslər nümayiş olundu.Məktəbin xor ansambılı tədbirin əvvəlindən axırına qədər öz töhfələrini əsirgəmədi.

“Mən həmişə fəxr etmişəm,indi də fəxr edirəm ki,mən azərbaycanlıyam” adı teleçarx nümayiş etdirilərək Ulu Öndər Heydər Əliyevin və onun ənənələrini davam etdirən İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin yaşamasında atdığı addımlar xüsusilə vurğulandı.

Qeyd edək ki, tədbirimizdə Nəsimi rayon İcra Hakimiyyətinin  Başçısının birinci müavini Gülarə Verdiyeva,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkışaf Layihələri Sektorunun əməkdaşı Namiq Ağayev,baş məsləhətçi Camal Bağırov və məktəb direktorları iştirak edirdilər.Gülarə Verdiyeva çıxış edərək bildirdi ki,28 may tarixi Azərbaycan xalqının dövlətçilik salnaməsinə “qızıl” hərflərlə yazılmışdır.1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrində canlı bir səhifə olmaqla yanaşı,onun demokratik ənənələrinə sadiqliyinin və azadlıq ruhunun sübutudur.

Sonda tədbir iştirakçıları ilə qonaqlar birlikdə“Heyratı”nı oxudular və şəkil çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi