“Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi

1İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi.

Tədbirdə uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verilib,ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə diqqətin artırılması, uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.Bayram tədbirinin keçirilməsində əsas məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda vətənə məhəbbət, dostluq, birlik, sülhsevərlik, milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və müsbət əhval-ruhiyyə yaratmaqdan ibarət idi.Məktəbin ibtidai sinif şagirdləri rəngarəng proqramla çıxış etdilər.Şagirdlər Azərbaycan və dünya xalqlarının mahnı və rəqslərini ifa etdilər, ədəbi-bədii kompozisiyalar göstərdilər. 
İstedadlı şagirdlərin ifasında milli musiqimizdən incilər səsləndirildi, rəqs kollektivləri milli rəqslərimizlə yanaşı, Hindistanın musiqi nömrələrini də ifa etdilər.Bayram münasibətilə uşaqları təbrik edən məktəbin direktoru Hürzad xanım Verdizadə azərbaycanlı balaların səsinin daima yüksəklərdən gəlməsini və hər zaman uğur qazanmasını arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi