Dünyanı təəccübləndirən Reyhan Camalova

Quba şəhərinin yetirməsi olan Reyhan Camalova yaratdığı Reynerci qurğusu ilə özünün və Azərbaycanın adını dünya tarixinə yazdıra bildirmişdir.

“Məktəblinin dostları”nın təşəbbüsü ilə Reyhan Camalova məktəbimizə təşrif buyuraraq  akt zalında direktorun iştirakı ilə 8və 9-cu sinif şagirdləri ilə görüşmüşdür.O,görüşündə şagirdlərlə səmimi söhbət aparmış,uğurlarının sirlərini onlarla bölüşmüş,onları maarifləndirməyə çalışmışdır.Hər bir sahədə uğur qazanmaq üçün qarşıya məqsəd qoymağı,mübariz olmağı,məqsədə çatmaq üçün yorulmadan irəliyə addımlar atmağışagirdlərə tövsiyə etmişdir.

Qeyd edək ki,Reyhan Rauf qızı Camalova17 noyabr 2002-ci il tarixində Quba şəhərində ziyalı ailəsində anadan olub.2009-cu ildə Quba şəhərində A.Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olub. 2015-ci ildə İstək liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib.Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə tamamilə ödənişsiz İstək liseyində təhsil almaq hüququ qazanıb.Reyhan Camalova hazırda Gənclik İstək liseyinin IX sinif şagirdidir.

Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb.Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir.Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi