"Ailə Bayramı” keçirildi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Beynəlxalq Ailə Günü” ərəfəsində növbəti “Ailə Bayramı” keçirib.Ənənə halını almış bayrama 4 nominasiya üzrə (“bacarıqlı əllər”,“milli mətbəx”,”yaradıcı ailə”,“nümunəvi ailə”) şəhər və rayon RİH-ləri tərəfindən seçilmiş ailələr iştirakçı qismində qatılıb.Bayram zamanı müxtəlif mövzuları əks etdirən guşələr iştirakçıların istifadəsinə verilib.
Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin Qubaya iştirak üçün göndərdiyi ailə məktəbimizin fizika müəllimi Svetlana Hüseynovanın ailəsi idi.Qeyd edək ki, Svetlana Hüseynovanın ailəsi “nümunəvi ailə” nominasiyası üzrə iştirak edirdi.Sonda müəllim “Ailə bayramı” diplomu ilə mükafatlandırılıb.