“Daima ucal, Azərbaycan !” adlı tədbir keçirildi
Hörmətli prezidentimiz cənab İlham Əliyevin qərarına əsasən 2018-ci il “Cümuriyyət ili”elan olunmuşdu.Belə ki,Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar ölkəmizin hər yerində silsilə bayram tədbirləri keçirilir.Bu münasibətlə 22 may 2018-ci il tarixində məktəbin sinif müəllimi Məlahət Qasımovanın rəhbərlik etdiyi 4”C”sinfi “Daima ucal, Azərbaycan!”adlı tədbir keçirtdi.
Tədbir Azərbaycan Dövlət Himni ilə açıq elan edildi.Uşaqlar Azərbaycan Xalq Cümhuriyyətinin yaranma zərurətindən danışdılar,bu böyük dövlətin yaranmasında müstəsna rolu olan M.Ə.Rəsulzadə,Ə.Topçubaşov,S.Mehmandarov,F.Xoyski və bir çoxları haqqında geniş məlumat verdilər.
Ordumuza,vətənimizə- doğma Qarabağmıza həsr olunmuş şeirlər söylədilər,məktəbin musiqi müəllimi Xanım Zeynalovanın müşayiəti ilə Ulu Öndərə həsr olunmuş və vətənpərvərlik ruhunda mahnılar oxudular.Sonda şagirdlər torpaqlarımızın hələ xeyli hissəsinin mənfur erməni tapdağında qalmasından ürək ağrısı ilə söhbət açdılar.Amma qeyd etdilər ki,şanlı ordumuz 2016-cı ilin 2 aprel döyüşləri zamanı işğalda olan torpaqlarımızın bir hissəsini geri alıblar,inşəAllah,qalan ərazilərimizi də geri alacaqlar.Biz buna inanırıq!
Sonda məktəbin direktoru Hürzad Verdizadə bu günün önəmindən danışdı,müasir Azərbaycanımızın qurucusu olan Heydər Əliyevin böyük fəaliyyətindən söhbət açdı.Gözəl,azad Azərbaycanımızın gələcək taleyinin gələcəyimiz olan bizlərdən- şagirdlərdən asılı olmasını dönə-dönə vurğuladı.Tədbir musiqi sədaları altında sona yetdi.