“Təbiət düşünür, düşündürür”adlı tədbir keçirildi

Şagirdlərdə bədii qiraət vərdişlərini formalaşdırmaq məqsədilə məktəbimizdə “Bədii Qiraət”dərnəyi yaradılmışdır.Dərnəyin rəhbəri Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Mamedovadır.Müəllimin rəhbərliyi ilə dərnək üzvləri təbiət və heyvanlar  mövzusunda “Təbiət düşünür,düşündürür”adlı tədbir hazırladılar.

15 may tarixində keçirilən tədbirdə şagirdlər təbiətə aid Səməd Vurğunun,Hüseyn Arifin,Məmməd Rahibin,Aqil Abbasın şeirlərini səsləndirdilər,musiqi müəllimi Xanım Zeynalovanın rəhbərliyi altında  mahnılar oxudular.Elnurə müəllimə dərnək üzvlərinə oxutduğu Redyard Kiplinqin“Mauqli” və Yann Martelin”Pinin həyatı”adlı romanlarından danışdı və filmdən fraqmentlər nümayiş olundu.

Tədbirin sonunda məktəbin direktoru və Təlimə Dəstək Mərkəzindən gələn qonaqlar çıxış etdilər və onlar burada yaşananların gənc nəslin inkişafına göstərəcəyi müsbət təsirdən söhbət açdılar, uşaqlara uğurlar dilədilər və daima təbiətin keşiyində durmağı tövsiyə etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi