“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbir
Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub.
“Gəlin birgə oxuyaq!”şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri,məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış ediblər.Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar,musiqili kompozisiyalar,rəsm əsərləri təqdim ediblər.Şagirdlər intellektual yarışlarda iştirak edib,fləşmob keçiriblər.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.