Bakı şəhərinin gəzməli -görməli yerlərinə səhayət

Bu yaxın günlərdə ingilis dili müəllimi Mətanət Məmmədovanın rəhbərliyi altında 5”C”sinif şagirdləri Bakı şəhərinin gəzməli-görməli yerlərinə səhayət etdilər.Birinci şəhərimizin rəmzi –simvolu olan Qız qalasına baş çəkdilər və orada Qız qalasının tarixi,tikilişi və kimin tərəfindən icra edilməsi barədə uşaqlara geniş məlumat verildi.Eyni zamanda şəkillər çəkildi.Şagirdlər şəhərimizə təşrif buyuran turistlərlə tanış oldular,ingilis dilində onlarla ünsiyyət qurdular və şəkil çəkdirdilər.

Sonra muzey-abidə olan Şirvanşahlar sarayına gedərək onun məscidi, divanı,otaqları ilə tanış oldular,tarixi məlumatlar aldılar.Eyni zamanda yaxınlıqda yerləşən Mini-kitab muzeyinə gedib,oradakı ən xırda kitablarla tanış oldular .Sinif rəhbəri Mətanət Məmmədova xatirə dəftərinə ürək sözlərini yazdı.

Daha sonra Mir Möhsün Ağanın ev muzeyinə baş çəkdilər və orada xalqımızın xoş günləri üçün dua etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi