Mart soyqırımı anıldı
1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını,repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Bu münasibətlə məktəbin tarix müəllimi Sevda Cəfərova 10”B” sinfində dərsi zamanı bu günün tarixindən,xalqımızın başına gətirilən faciələrdən danışdı.Qaranlıq qalan, mübahisə doğuran bir çox məsələlərə şagirdlərin iştirakı ilə cavab tapıldı.Bu soyqırımı özündə əks etdirən videoçarx nümayiş olundu və eyni zamanda mövzu ilə bağlı şagirdlərin məruzələri də dinlənildi.