“Riyazi aləmdə”adlı tədbir keçirildi

Nəsimi rayonu 14№li tam orta məktəbin riyaziyyat müəllimi Sevda Mirzəyevanın rəhbərlik etdiyi 5”A” sinfi “Riyazi aləmdə”adı altında riyaziyyata aid tədbir keçirtdi.   Tədbirdə şagirdlər müxtəlif riyaziyyatçıların,alimlərin riyaziyyat haqqında kəlamlarını səsləndirdilər.Azərbaycanın görkəmli riyaziyyatçılarını yad etdilər,N.Tusi,Z.Xəlilov,F.Maqsudovun fəaliyyətlərindən qısa şəkildə danışdılar.

Şagirdlər tədbir iştirakçılarına“Həndəsi qurultay”,”Rəqəmlərin söhbəti”,”Sıfırın rolu” adlı səhnəciklər təqdim etdilər.

Tədbirin maraqlı rubrikalarından biri“Sehrbazlar” rubrikası oldu.Şagirdlər məktəbin direktoru Hürzad Verdizadənin ən çox sevdiyi həftənin gününü,təşkilatçı zavuç Lyudmila Sultanovanın ayaqqabısının ölçüsünü və yaşını,dərs hissə müdiri Nailə Muradovanın  ailədə neçə bacı və qardaşı olduğunu,ibtidai sinif müəlliməsi Nazilə Həsənovanın yaşadığı binanın  nömrəsini müvafiq hesablama aparmaqla tapdılar və iştirakçıları təəccübləndirdilər.

Tədbirdə şagirdlər aralarındakı səmimi və mehriban münasibəti əks etdirməklə “Qoy həmişə sülh olsun!” mahnısını ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi