Torpaq-İlaxır çərşənbə qeyd olundu

Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir.Ümumiyyətlə,Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına)hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.

Bu münasibətlə məktəbimizdə də Novruzun son çərşənbəsi olanTorpaq çərşənbəsi təntənəli surətdə qeyd olundu.Bayram şənliyini İbtidai siniflər üzrə direktor müavini Rəna Varşabovanın rəhbərliyi ilə məktəbimizin bütün ibtidai sinifləri təşkil etmişdi.Şagirdlər Novruza aid şeirlər,haxıştalar söylədilər,bir çox musiqi sədaları altında rəqslər nümayiş etdirdilər.İdmana marağı olan şagirdlər isə Novruza aid idman oyunlarından bəzi hərəkətlər göstərdilər.Bəzi şagirdlər yumurta döyüşdürdülər,bəziləri xəmir açaraq Novruz şirniyyatlarından hazırladılar.

Şənliyə Novruzun əsas atributlarından olan Kosa və Keçəl də gələrək şagirdləri daha da sevindirdilər.

Məktəbin həyətində tonqal qalandı,hamı tonqalın ətrafına toplaşdı,”ağırlığım-uğurluğum burda qalsın” deyərək tonqalın üstündən üç dəfə hoppandı.

Sonda məktəbin direktoru Hürzad Verdizadə bütün şənlik iştirakçılarını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi,hər kəsə can sağlığı,bol ruzi-bərəkət arzuladı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi