“Talan olunmuş Xocalım” adlı tədbir keçirtdilər

Bu gün məktəbimizin fizika müəllimi Təranə Qasımovanın rəhbərlik etdiyi 7”C” sinfi Xocalı faciəsinə həsr olunan “Talan olunmuş Xocalım” adlı tədbir keçirtdi.

Şagirdlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənlərinin rus havadarları ilə bərabər Xocalıda törətdikləri dəhşətli soyqırımdan, qətliamın dəhşətlərindən söz açdılar.Xocalı faciəsinə həsr olunmuş şeirlər,mahnılar söylədilər. Şagirdlər Azərbaycanın görkəmli yazıçılarından Qılman İlkinin “İntiqam” adlı hekayəsini səhnələşdirdilər.

Tədbir məktəbin direktoru Hürzad Verdizadənin Xocalıdan bəhs edən çıxışı ilə sona yetdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi