“Bu qan yerdə qalmaz” adlı tədbir keçirildi
Nəsimi rayonu 14№li tam orta məktəbin sinif müəllimi Rəna Varşabovanın rəhbərlik etdiyi 4”B”sinif şagirdləri işğal olunmuş rayonlarımıza,torpaqlarımıza həsr olunmuş “Bu qan yerdə qalmaz”adlı tədbir keçirtdilər.
Tədbirdə şagirdlərimiz öncə Azərbaycanımızın azadlığı,müstəqiliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad etdilər,sonra Xocalının, Ağdamın,Cəbrayılın,Qubadlının,Füzulinin,Zəngilanın erməni vəhşiləri tərəfindən işğal olunmasından,o dövrdəki hakimiyyətin satqın mövqeyindən,düşmən tərəfindən ələ keçirilmiş təbii sərvətlərimizdən ürək yanğısı ilə söhbət açdılar,şeirlər söylədilər,vətənə,torpaqlarımıza,işğal olunmuş rayonlarımıza məktəbimizin musiqi müəllimi Xanım Zeynalovanın bəstələdiyi mahnıları ifa etdilər.Uşaqlar eyni zamanda bu mövzuda yazılmış xalq və bəstəkar mahnıları oxudular,kompozisiya nümayiş etdirdilər.Tədbirdə şagirdlər qürurla qeyd etdilər ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 1aprel 2016-cı ildə düşmənin növbəti təxribatı zamanı hücumun qarşısını alaraq bir neçə ərazimizi-Lələtəpə,Talışdağ, Cocuq Mərcanlını düşməndən azad etdi.
Sonda məktəbin direktoru Hürzad Verdizadə belə geniş mövzuda tədbir keçirdikləri üçün uşaqlara öz təşəkkürünü bildirdi.”Hamılıqla prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməklə itirilmiş bütün torpaqlarımızı geri ala bilərik”fikri ilə tədbiri sonlandırdı.