Xocalı faciəsi yad edildi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür.

Nəsimi rayonu 14№li tam orta məktəbin direktoru Hürzad Verdizadə və məktəbin kollektivi Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə Xətai rayonunda yerləşən “Ana harayı” abidəsini ziyarət etdilər və abidənin üzərinə qərənfillər qoydular.

Məktəbin ingilis dili müəllimi Mətanət Məmmədovanın rəhbərlik etdiyi 5”C”sinif şagirdləri isə məktəbin foyesində təşkil olunan Xocalıya aid guşənin önundən keçərək həm faciədə həyatını itirənlərin ruhunu yad etdilər,həm də şeirlər söyləyərək  guşə önünə qərənfil qoydular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi