Beynəlxalq Ana Dili Günü

Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən

Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında,öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı,tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa,onlarla ünsiyyət qurmağa imkan yaradır.

Bu münasibətlə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Əhmədlinin rəhbərliyi ilə 5”A”sinif şagirdləri dərs zamanıBeynəlxalq Ana Dili Gününü qeyd etdilər. Şagirdlər Azərbaycan dilinin əhəmiyyəti,dünyada tanıması,zəngin bir dil olması haqqında məlumat verdilər,şeirlər söylədilər.Beynəlxalq Ana Dili Gününə həsr olunmuş və eləcə də ümummilli liderimiz Heydər Əliyevin bu gün haqqında dəyərli fikirlərindən bəhs edən teleçarx nümayiş olundu.Daha sonra Bəxtiyar Vahabzadənin “Ana dilim” şeiri şairin öz səsi ilə dinlənildi.Dərs şagirdlərin dil haqqında söylədikləri atalar sözləri və aforizmlərlə yekunlaşdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi