Böyük summativ qiymətləndirmə keçirilib
2017/2018-ci tədris ili üçün fəaliyyət planının1.1.1.28-ci bəndinə uyğun olaraq I-X siniflərdə azərbaycan və rus bölməsi üzrə Böyük summativ qiymətləndirməyə başladıq. Qiymətləndirmə prosesini nəzarət komissiyası həyata keçirir.Nəzarət komissiyası tərəfindən hazırlanmış açıq və qapalı tipli test sualları vasitəsi ilə şagirdlərin I yarımil ərzində öyrəndikləri bilik və bacarıqlar yoxlanılır.
Bu məqsədlə təşkilat komitəsi yaradılmış, qeyri-ixtisas fənn müəllimlərindən ibarət nəzarətçilər təyin edilmişdir. Şagirdlərimizə uğurlar arzulayırıq!