“Pifaqor teoreminin tətbiqinə aid məsələ həlli” mövzusunda açıq dərs keçirildi
Məktəbin riyaziyyat müəllimi Leyla Kərimovanın dərs dediyi 8”B” sinif şagirdləri “Pifaqor teoreminin tətbiqinə aid məsələ həlli”mövzusunda açıq dərs hazırladılar.
Şagirdlər dörd qrupa bölündü.Dərs Pifaqor teoreminin isbatına aid videoçarx ilə başladı və bu da şagirdlərin böyük marağına səbəb oldu.Bundan sonra qrup işləri paylandı.Orada Pifaqor teoreminin dördbucaqlara tətbiqi,real həyatı situasiyaya aid məsələlər öz əksini tapmışdı.Şagirdlər hər bir addımı riyazi yazılışla ifadə edərək Pifaqor teoreminin çox böyük praktik əhəmiyyəti olduğunu vurğuladılar.
Müəllim dərsdə fəal iştirak edən şagirdləri qiymətləndirdi.Ev tapşırığı kimi Pifaqor üçlüklərinin müəyyən edilməsinə aid məsələ verildi.