Bütün illərimizi həmrəy keçirək adlı tədbir keçirildi

31Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.Məktəbin riyaziyyat müəllimi Leyla Kərimovanın rəhbərlik etdiyi 8”C”sinfi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə“Bütün illərimizi həmrəy keçirək “adlı tədbir hazırladı. Tədbirdə şagirdlər bu günün önəmindən danışdılar. Fəxrlə qeyd etdilər ki, bu möhtəşəm günün əsasını məhz ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Onlar vətənə aid şeirlər söylədilər,mahnılar oxudular.

  Bu tədbirdə 5”C”sinfinin şagirdləri -Elnarə və Vaqif  Azərbaycan xalq rəqsi olan “Naz eləmə” ni,7”B”sinif şagirdi Nihal isə sazda xalq mahnısını ifa etdilər.Məktəbin musiqi müəllimi Xanım  Zeynalovanın rəhbərliyi ilə xor dərnəyinin üzvləri Azərbaycan xalq mahnılarından ibarət “popuri” ifa etdilər.4“B”sinif şagirdi Ayişə  hind rəqsini,6 “A” sinif şagirdi Zibayət Azərbaycan xalq rəqsi olan “Ay qara göz” rəqsini təqdim etdilər.Tədbirə Şaxta baba və Qar qız da təşrif buyurdular.Qar qız mahnı oxudu.

 Tədbir məktəbin direktoru Hürzad Verdizadə və tərbiyə işləri üzrə direktor müavini Lyudmila  Sultanovanın Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqındakı çıxışları ilə başa çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi