Qış nağılı adlı tədbir keçirildi

Şagirdlərdəbədiiqiraətin formalaşması yönümündə məktəbimizdə silsilə işlər görülür. Buna misal məktəbimizdə keçirilən şair və yazıçılarla təşkil olunmuş görüşləri,mütəfəkkirlərimizin yubileylərinə həsr olunmuş tədbirləri,bədii gecələri göstərə bilərik.                                                           

Şagirdlərdə bədii qiraətin formalaşması zəminində görülən işlərdə ibtidai siniflər də kənarda qalmır.Belə ki,sinif müəllimi Ülviyyə Sofiyevanın rəhbərlik etdiyi 1”Ç”sinfi  yenicə yazıb-oxumağı öyrənmələrinə baxmayaraq,“Qış nağılı” adlı tədbir keçirdi.Şagirdlər Azərbaycan xalq nağılı olan “Qoğal”ı səhnələşdirdilər.Məktəbin musiqi müəllimi Xanım Zeynalovanın bəstələdiyi,eyni zamanda vətənə, Yeni ilə aid mahnıları ifa etdilər,tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdilər.Tədbir məktəbin direktoru Hürzad Verdizadənin çıxışı ilə sonlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi