Ulu Öndər Heydər Əliyevin anım günü yad edildi
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti,böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu- Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
O,böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.
12 dekabr tarixdə məktəbimizdə birinci dərslər Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuşdu.Dərslər Azərbaycan Respublikasının himni ilə başladı. Şagirdlər ümummilli lider Heydər Əliyevin keçdiyi tarixi yol haqqında məlumatlar verdilər,şeirlər söylədilər.