“Xalqın dayağı” adlı tədbir keçirildi

12 dekabr Ulu Öndər, ümummilli liderimiz dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfat günüdür.Məktəbimizdə 12 dekabr Ulu Öndərin anım günü münasibətilə məktəbimizin Azərbaycan dili müəllimi Billurə Alışanovanın rəhbərlik etdiyi 8”A” sinfi “Xalqın dayağı” adlı tədbir hazırladı.Tədbir himn ilə açıldı.Ulu öndərin həyatından bəhs edən teleçarx nümayiş edildi.

Uşaqlar bu böyük dahiyə həsr olunan şeirlər söylədilər,mahnılar oxudular,Heydər Əliyevin hakimiyyəti illərindən,gördüyü işlərdən,xalqına göstərdiyi misilsiz xidmətlərindən söhbət açdılar.Məktəbin musiqi müəllimi Xanım Zeynalaovanın Ulu Öndərə həsr olunmuş şeirə bəstədiyi “Mən Azərbaycanlıyam”mahnısı ifa olundu. Tədbirdə şagirdlərin Heydər Əliyevin məzarını ziyarət etdikləri zaman çəkdirdikləri şəkillərdən ibarət fotoçarx da nümayiş olundu.Tədbir “Zəfər marşı” ilə sona yetdi.

Sonda məktəbin direktoru Hürzad Verdizadə Ulu Öndər Heydər Əliyevin işıqlı xatirəsindən söhbət açdı və böyük dahinin Azərbaycan xalqına göstərdiyi əvəzsiz xidmətlərindən danışaraq gənc nəslin bu böyük şəxsiyyətdən örnək götürmələrini tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi