“Düzlük ən yaxşı siyasətdir” mövzusunda açıq dərs keçirildi

Məktəbin ingilis dili müəllimi Arzu Hüseynovanın rəhbərliyi ilə 10”A” təmayül sinfində “Düzlük ən yaxşı siyasətdir” mövzusunda açıq dərs keçirildi.

İnsanda pozitiv şəxsi keyfiyyətlər dedikdə nə düşünürsünüz və insan bir ömür boyu dürüst,vicdanlı olaraq, heç olmasa,bir dəfə də yalan danışmamalıdırmı suallarına şagirdlər öz fikirlərini müxtəlif aspektdən bildirdilər.Qruplarla işləyən şagirdlər mövzu ilə bağlı olan tapşırıqları yerinə yetirdilər.Təqdimatlar əsasında müzakirələr aparıldı.

 “Düzlük ən yaxşı siyasətdir”amalı ilə yaşamaq,ətrafında ağıllı,düşüncəli insanların olması sənə həmişə hörmətlə yanaşılması,sənin məsləhətinə ehtiyac  duyulması deməkdir.Dürüst insanların həyat təcrübəsi həmişə bizlərə nümunə olub,nümunədir və yenə də nümunə olacaqdır  fikirləri ilə ümumiləşdirmə aparıldı və nəticə çıxarıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi