Gənc istedadın uğuru

 Noyabrın 6-dan 10-dək Bolqarıstanın Stara Zaqora şəhərində gənc truba ifaçılarının IX beynəlxalq müsabiqəsi keçirilib.Nəsimi rayonu 14№li tam orta məktəbin 8”Ç”sinif şagirdi, azərbaycanlı ifaçı Səid Rəsulov (müəllimi Vladislav Kuznetsov, konsertmeysteri Viktoriya Zülfüqarzadə) müsabiqədə birinci yerə layiq görülüb. 
Səid Rəsulov 2004-cü ildə Bakıda anadan olub. 2010-cu ildən Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı Musiqi məktəbində təhsil alır. Ölkəmizdə və xaricdə bir çox müsabiqələrdə laureat adını qazanıb, Estoniyanın Narva şəhərində keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görülüb.
 Qeyd edək ki, Bolqarıstanda 1995-ci ildən keçirilən gənc truba ifaçılarının müsabiqəsinə bu il ABŞ, Rusiya, Belarus, Almaniya, Macarıstan, Moldova, Rumıniya, Türkiyə və başqa ölkələrdən ifaçılar qatılıb.

 Azərbaycan ilk dəfə bu müsabiqədə 2009-cu ildə təmsil olunub və Prezident təqaüdçüsü İsrafil Rəsulov Qran-pri mükafatını qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi