“Qızıl payız” adlı müsabiqə keçirildi

Nəsimi rayonu 14 №li tam orta məktəbin sinif müəllimi Natavan Əliyevanın rəhbərliyi ilə 2"Ç" sinif şagirdləri “Qızıl payız” adlı müsabiqə keçirtdilər.Bu müsabiqənin keçirilməsində məqsəd şagirdlərin şeir demək qabiliyyətini formalaşdırmaq,ifadəli oxunun sirlərinə bələd olmaqdan ibarət idi.

Müsabiqədə səslənən bütün şeirlər payız fəslinə həsrolunmuşdur.Əminə Əlizadə“Payız”,Zərifə Əliyeva“Payız yarpaqları”,Zeynəb Orucova“Payız axşamı”,

Səid Daşdızadə  “Sentyabr,oktyabr,noyabr”,Aysu Alcanlı“Payız gəldi” adlı şeirləri təqdim etdilər.

Tədbirin davamında payıza həsr olunmuş viktorina da keçirildi.Müsabiqənin sonunda şagirdlər diplomlarla təltif olundular.

Tədbirin sonunda  məktəbin direktoru Hürzad Verdizadəyə söz verildi.O,öz çıxışında payız fəslinin gözəllikləri,ikinci sinif şagirdlərinin bu cür gözəl şeirlər deyə bilmək qabiliyyətlərini dönə-dönə vurğuladı və bu işlərin davamlı olmasını tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi