“Süfrə mədəniyyəti” adlı dərs keçirildi
Nəsimi rayonu 14№-li tam orta məktəbin sinif müəllimləri Rəna Varşabova və Məhəbbət Səmədovanın rəhbərliyi ilə 4"A" və 4 "B" sinif şagirdləri texnologiya dərsində öz süfrə bəzəmək bacarıqlarını nümayiş etdirərək qruplarla yarışdılar.Dərsin əsas məqsədi şagirdlərə süfrə bəzəməyin yollarını, süfrə avadanlıqlarının yerini düzgün qoymağı öyrətmək idi. Bu dərsdə şagirdlər həm də süfrə ətrafında davranış qaydalarını da nümayiş etdirərək yüksək ballar qazandılar.