“Mahnılarda yaşayan ömür” adlı tədbir keçirildi

Məktəbin musiqi müəllimi Xanım Zeynalovanın rəhbərlik etdiyi xor dərnəyinin üzvləri  görkəmli səs ustası və vokal sənətinin banislərindən olan Murtuza Məmmədov –Bülbülün və ilk professional musiqiçi,müğənni,vokalist Şövkət Məmmədovanın yaradıcılığına həsr edilən “Mahnılarda yaşayan ömür” adlı tədbir keçirtdilər.

Tədbirdə bu iki dahi şəxsiyyətin həyat və yaradıcılığından söhbət açıldı.Öncə Bülbülün mahnıları dahi şəxsiyyətin öz ifasında dinləndi, sonra Dinarə və Mələk “Azərbaycan”,Kənan “Evləri var xana-xana”,Zəhra“Gülə-gülə”,Dinarə“Almanı atdım xarala”,Məmməd”Qalalı” mahnılarını ifa etdilər.Ayişə Polad Bülbüloğluna aid“Toydan sonra” mahnını rəqslə təqdim  etdi.Tədbir iştirakçılarına Murtuza Məmmədovun –Bülbülün,Şövkət Məmmədovanın həyat və yaradıcılığından bəhs edən teleçarx nümayiş olundu.

Şagirdlər tədbirin ikinci hissəsində Azərbaycanın ilk professional qadın müğənnisi,opera ifaçısı Şövkət Məmmədova haqqında geniş məlumat verdilər, müxtəlif əsərlərini səsləndirdilər.

Tədbir məktəbin direktoru Hürzad Verdizadənin çıxışı ilə sonlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi