“Uşaq hüquqları” na həsr olunmuş tədbir keçirildi.

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Əhmədovanın rəhbərlik etdiyi 5"B" sinfi “Uşaq hüquqları”na həsr olunmuş tədbir hazırladı.Tədbir Dövlət və uşaq himni ilə başladı.Tədbir BMT tərəfindən 1989-cu il noyabr ayının 20-də qəbul olunmuş “Uşaq hüquqları” haqqında məlumatla davam etdi. Şagirdlər M.Ə.Sabirin “Get məktəbə, cavanım",H.Cavidin “Qız  məktəbində” və B.Vahabzadənin 20 Yanvar şəhidi Larisaya həsr olunmuş şeirlər, uşaqlara həsr olunmuş aforizmlər söylədilər.Tədbirdə rus bölməsinin 2"Ç" sinif şagirdləri “Qoy həmişə günəş olsun” mahnısını ifa etdilər.Ə.Cavadın “Azərbaycan!Azərbaycan !” şeiri səsləndirildi və Aydan Abbasovanın “Tərəkəmə” rəqsi ilə tədbir başa çatdı. Sonda məktəbin direktoru Hürzad Verdizadə  Uşaq hüquqları Konvensiyasına aid olan inkişaf, iştirak, müdafiə və yaşamaq maddələri ilə bağlı öz tövsiyə və tələblərini şagirdlərə bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi