“Bayrağımız baş tacımız”adlı tədbir keçirildi

8 noyabr 2017-ci il tarixdə məktəbimizin ingilis dili müəllimi Mətanət Məmmədovanın rəhbərlik etdiyi 5c sinif şagirdləri 9Noyabr Milli Bayraq Gününə həsr olunmuş “Bayrağımız baş tacımız” adlı tədbir keçirtdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olundu. Azadlığımız, müstəqilliyimiz uğrunda şəhid olmuş vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbir iştirakçılarına 9 Noyabr Milli Bayraq Gününə həsr olunmuş teleçarx nümayiş olundu.Teleçarx bitdikdən sonra şagirdlər vətənə, bayrağımıza həsr olunmuş mahnılar oxudular, Azərbaycan və ingilis dilində şeirlər söylədilər, kompozisiya göstərdilər.Onu da deyim ki, məktəbimizin musiqi müəllimi Xanım Zeynalovanın “Üç rəngli bayrağım” şeirinə bəstələdiyi mahnını da şagirdlər ifa etdilər.Sinfin şagirdləri Tuncay,Elton, Omar Azərbaycan xalq rəqsi olan “Qaytağı” rəqsini,Vaqif və Elnarə“Naz eləmə”,Fatimə“Qaval”rəqsini məharətlə ifa etdilər. Şagirdlər eramızdan əvvəl torpaqlarımızda yaranan dövlətlər haqqında danışaraq o zaman Azərbaycanda dalğalanmış bayraqları təqdim etdilər. Səhnəyə milli qürurumuz, simvolumuz olan bayrağımız gətirildi, şeirlər söyləndi. Məktəbin direktoru Hürzad Verdizadə 9 Noyabr Milli Bayraq Gününün önəmindən söhbət açdı, geniş məlumat verdi. “Heyratı” sədaları altında tədbir sona yetdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi