Cəbhə bölgəsində 9 Noyabr- Bayraq Günü qeyd edildi

Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti 9 Noyabr –Bayraq Günü münasibətilə cəbhə bölgəsində,birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış,Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə getmişdir.Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərdə olmuş,burada əsgərlərimizin xidməti,məişət şəraiti ilə maraqlanmış,əsgərlərlə söhbətlər aparmış,onlara gətirdikləri hədiyyələri çatdırmışlar.Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar,yeməkxana,hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Dövlət Bayrağı Günü münasibətilə əsgərlərimizi təbrik etmiş,onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı,Nəsimi rayonunda yerləşən bir neçə məktəb direktoru,o cümlədən 14№-li tam orta məktəbin direktoru Hürzad Verdizadə Nurullah qızı da orada iştirak etmiş,əsgərlərin şəraiti ilə yaxından maraqlanmış,onlar üçün açılmış yemək süfrəsində öz əməyini əsirgəməmiş,onlarla birlikdə nahar etmişdir.Eyni zamanda 14№-li tam orta məktəbin şagirdləri tərəfindən yazılan məktublar da əsgərlərə təqdim olunmuş,hətta müğənnilərin ifası altında qonaqlar əsgərlərlə birlikdə rəqs etlmişdilər. Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və məktəb direktorlarının Tərtər rayonundakı «N» saylı hərbi hissəyə səfəri əsgərləri ruhlandırmış, mübarizə əzmini, vətənpərvərlik hissini daha da gücləndirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi