“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin maarifləndirici seminarı 14 №-li tam orta məktəbdə uğurla təşkil olunmuşdur
“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birinci qrant müsabiqəsində iştirak etmiş və “Məktəblilərin gələcək peşə seçimi və karyerada uğurların qazanılması üçün maarifləndirici tədbirlərin təşkili” adlı layihəsi dəstək almışdır.Cari layihənin əsas məqsədi, Bakı və Sumqayıt şəhərlərinin bir neçə seçilmiş məktəblərinin 7-ci və 8-ci siniflərində təhsil alan və mühəndislik sahəsində gələcək karyerasını qurmaq istəyi olan şagirdlər üçün memarlıq, dizayn və inşaat mühəndisi sahəsində maarifləndirici seminarların və “Mən mühəndislik peşəsini seçməklə ölkəmə necə faydalı ola bilərəm” adlı inşa yazı müsabiqəsini təşkil etməkdir.MİDİB təşkilatının növbəti maarifləndirici seminarı 14 №-li tam orta məktəbdə 26.10.2017-ci il tarixində uğurla təşkil olunmuşdur. Belə ki, məktəbin direktoru xanım Hürzad Verdizadə, onun müavini xanım Lyudmila Sultanova, məktəbin əməkdaşı Ülkər Abdullayeva və məktəblinin dostları Qara Rəhimov, Aynurə Bayramova, Leyla Nəbiyeva seminarın təşkilində MİDİB təşkilatının əməkdaşlarına kömək etmişdirlər.Seminarda məktəbin 7-ci və 8-ci sinifində təhsil alan 119 nəfər şagirdi MİDİB təşkilatı, onun fəaliyyəti və “Məktəblilərin gələcək peşə seçimi və karyerada uğurların qazanılması üçün maarifləndirici tədbirlərin təşkili” adlı layihə haqqında məlumat aldıqdan sonra“Peşə nədir ?, peşə seçimi necə aparılmalıdır ?, karyera və karyera planlaşdırması nədir ?, memarlıq və memar, inşaat və inşaat mühəndisi, dizayn və dizayner” barədə nəzəri və vizual (müxtəlif şəkillərlə) təqdimat formasında məlumatlandırılmışdır. Seminarın sonunda “Mən mühəndislik peşəsini seçməklə ölkəmə necə faydalı ola bilərəm” adlı inşa yazı müsabiqəsində iştirak etmək barədə elan şagirdlərə bildiridi və seminar layihə rəhbəri və təşkilatın icraçı direktoru Arif Nəcimov tərəfindən şagirdlərin suallarını cavablandırmaqla yekunlaşdı. Seminarda həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnstitusional İnkişaf üzrə Koordinatoru Elçin Sərdarov da iştirak etmişdir. O, peşə təhsili və nazirliyin apardığı işlər barədə şagirdlərə məlumat vermişdir. Seminarın sonunda məktəb rəhbərliyi və şagirdlərlə xatirə şəkilləri çəkilmişdir. Onu da əlavə edək ki, MİDİB təşkilatının rəhbərliyi cari layihədən sonra əməkdaşlıq etdiyi bütün məktəblərlə bu cür maarifləndirici seminarlar, təlimlər, inşa yazı müsabiqəsində qalib gələn şagird və onların valideyinləri ilə dəyirmi masalar, həmçinin məktəbdə təhsilin keyfiyyətinin və maddi – texniki bazasının yaxşılaşdırılması istiqamətində öz tərəfdaşları ilə yeni milli və beynəlxalq layihələrin hazırlanmasında maraqlı olduğunu və birgə çalışacağını təşkilatın adından icraçı direktor, Arif Nəcimov məktəb rəhbərliyinə bildirmişdir.“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) Azərbaycanda memarlıq, inşaat və dizayn sahələrinin inkişaf etdirilməsi və müasir dünya standartları səviyyəsinə çatdırması işinə kömək etmək məqsədi ilə 02 may 2001-ci il tarixində təsis edilmiş, 30 iyul 2003-cü ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Təşkilat 2003-cü ildən başlayaraq bu günə kimi müxtəlif təyinatlı layihələr hazırlamış və onları uğurla icra etmişdir. Onu da əlavə etmək istərdik ki, təşkilat Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Saziş təşəbbüsünə 2012-ci ildən qoşulmuş və öz fəaliyyətini beynəlxalq standartlar əsasında qurmağa və inkişaf etdirməyə başlamışdır. Bunlarla yanaşı 2016-cı il tarixində təşkilat Azərbaycan Respublikası Təhsil Nazirliyindən əldə etdiyi razılıq və dəstək məktubuna əsasən Bakı və regionların ümumi təhsil müəssisələrində məktəblilərin dərsdənkənar vaxtlarında memarlıq, inşaat və dizayn, həmçinin mühəndislik sahəsində karyera imkanları barədə maarifləndirici seminarların və tədbirlərin keçirilməsinə start vermişdir. Bu işlərlə yanaşı təşkilat həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunan "Peşə təhsili sisteminə ixtisaslı yeni mütəxəssislərin cəlb edilməsi" çağırışına peşəyönümlü bir təşkilat kimi müxtəlif mövzularda maarifləndirici tədbirləri təşkil etməklə dövlətimizin təhsilinə dəstək olmağa çalışır.