Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş“Dəyirmi masa” keçirildi
26 oktyabr 2017-ci il tarixdə sinif rəhbəri Gülşən Əhmədlinin rəhbərliyi altında 8b sinif şagirdləri Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçirtdilər.Sinif rəhbərinin giriş sözlərindən sonra şagirdlər Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər.H.Cavidin həyatından və ümummilli lider H.Əliyevin böyük sənətkara verdiyi dəyərdən bəhs edən videosüjet nümayiş olundu.Daha sonra şairin “Mənim tanrım”,“Vətən”, “Niyə getdin?”,“Gülbahar”,“Sevinmə, gülmə,quzum”,“Öksüz Ənvər” və s. şeirləri səsləndi.Şagirdlərin sənətkarın poemaları haqqında məlumatından sonra Əminə Yusifqızının ifasında “Azər” poemasından Səlmanın monoloqu dinlənildi.Dram əsərləri haqqında bir-bir məlumat verildi.”İblis” faciəsi haqqında da kiçik bir videosujet göstərildi.Daha sonra H.Cavidin qızı Turan Cavidin atası haqqında apardığı araşdırmalardan bəhs edən bir videoçarxa baxıldı.Bəstəkar Eldar Mansurovun bəstələdiyi “Niyə getdin?” romansına Elxan Əhədzadənin, Fikrət Əmirovun bəstələdiyi “Kor ərəbin mahnısı”na isə Mələkxanım Əyyubovanın ifasında qulaq asıldı.Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Muradova və məktəbin psixoloqu Lalə Ələkbərova H.Cavid haqqında öz dəyərli fikirlərini şagirdlərlə paylaşdılar.