“Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi
18 Oktyabr Milli Müstəqillik Günü münasibətilə Nailə Alıyevanın rəhbərlik etdiyi 6A sinif şagirdləri “Müstəqilliyimiz əbədidir” adlı tədbir hazırladılar.Tədbirdə şagirdlər 1918-ci ildə yaranmış, lakin xarici və daxili müdaxilələr nəticəsində cəmi 23 ay yaşamış Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətindən, sovet imperiyası dövründə isə xalqımızın apardığı azadlıq mübarizəsindən söhbət açdılar.70 illik asılılıqdan sonra 1991-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikasının yenidən yaranması haqqında çıxışlar etdilər.Şagirdlər Müstəqillik Gününə həsr olunmuş mahnılar oxudular, vətənə aid şeirlər söylədilər.Zibayyət Məmmədova “Lalələr”rəqsini ifa etdi.Tədbirdə 18 Oktyabr Milli Müstəqillik Gününə həsr olunmuş teleçarx da nümayiş olundu. Tədbirin sonunda məktəbin direktoru H.N.Verdizadə bu günün önəmindən söhbət açdı, müstəqilliyimizin əbədi olması üçün hər kəsin cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməsini və öz sahəsində vətənə xidmət göstərməsini gənc nəslə tövsiyə etdi. Tədbir “Zəfər marşı”nın sədaları altında sona yetdi.