Pedaqoji şura

Sentyabrın 13 də məktəbimizdə pedaqoji şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə məktəbin diretoru Hürzad Verdizadə açdı. Növbəti tədris ilinin başlanması münasibətilə müəllimləri təbrik edən direktor keçən tədris ilində məktəbin uğurlarından, məzunların ali məktəbə qəbul zamanı göstərdikləri nəticələrdən söz açdı. Keçən tədris ilində 600 və 500-dən artıq bal toplayan məzunların, eləcə də məktəbimizi bitirib xarici dövlətlərdə öz təhsillərini davam etdirmək hüququ qazanan şagirdlərin adları çəkildi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin və Nəsimi Rayon İcra Hakimiyyətinin yüksək nəticə ilə ali məktəbə qəbul olmuş məzunlara göstərdiyi qayğı və diqqətdən söz açıldı. Bu tədris ilinin "keyfiyyət ili" olması xüsusi vurğulanaraq müəllimlərə şagirdlərin təlim və tərbiyəsinə daha səylə və həssaslıqla yanaşmaq, onların vətənpərvərlik ruhunda, əsl vətəndaş kimi yetişməsində bütün imkanlardan yararlanmaq tapşırıldı.Məktəbli forması, məktəbli gündəliyi, dərsə davamiyyət, şagirdlərin qarşılanıb və yola salınması kimi mövzular direktor müavinlərinin çıxışlarında öz əksini tapdı, müvafiq tapşırıqlar verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi