"Ən yaxşı dərs" layihəsi
Mayın 11-də 2017-ci il tarixdə Nəsimi rayonundakı 14 saylı məktəbdə "Ən yaxşı dərs" layihəsi çərçivəsində 18 dərs dinlənilmişdir. 3 saat davam edən müzakirədə fənn kurikulumlarının tətbiqi, qiymətləndirmə, KSQ və BSQ-nin hazırlanması,gündəlik dərs planlarının hazırlanması,sinfin təşkili və idarə olunması ilə bağlı məsələlərə münasibət bildirilmişdir.Bu layihədə məktəbimizin Azərbaycan dili, rus dili, riyaziyyat, informatika, ingilis dili, tarix, musiqi, fiziki tərbiyə müəllimləri əllərindən gələni, bacardıqlarını nümayiş etdirərək gözəl dərs nümunəsi göstərməyə çalışıblar.