“Əbədidir Heydər yolu”adlı tədbir keçirildi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar olaraq, Ləman Abbasovanın rəhbərlik etdiyi 8 ”b” sinif şagirdləri “Əbədidir Heydər yolu” adlı tədbir hazırladılar. Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyev haqqında məlumat verdilər, onun həyat yolundan söhbət açdılar. Ulu öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər. Eyni zamanda tədbirdə ümummilli lider H.Əliyevdən bəhs olunan teleçarx nümayiş olundu. Həmçinin, tədbirdə mayın digər əlamətdar günlərindən söhbət açıldı. 9 May Qələbə Gününə, 28 May Respublika Gününə aid çıxışlar etdilər, şeirlər söylədilər. 5 ”b” sinif şagirdi Nihal Bayramov sazda “Ruhani”mahnısını, xor isə “Leytenant” mahnısını ifa etdi. Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Muradova da ulu öndərimiz Heydər Əliyevin doğum günü, Şuşanın işğalı, Qələbə və Respublika Günü haqqında öz dəyərli fikirlərini iştirakçılarla paylaşdı. Tədbir “Zəfər marşı” ilə sonlandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi