“Torpaq mənim namusum, torpaq mənim ünvanım” adlı tədbir keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması" barədə 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə əsasən, məktəbimizdə silsilə tədbirlər həyata keçirilir.Buna misal olaraq,Mir Cəlal Paşayevin 106 illik yubileyinə həsr olunmuş “Xoşbəxt sənətkar” adlı tədbir, müasir yazıçılardan böyük oxucu kütləsi qazanan Elxan Elatlı ilə görüş keçirildi.Mayın 2-də 2017-ci il tarixdə isə müəllim və şagirdlərimizin millət vəkili və yazıçı Aqil Abbasla görüşü oldu.Tədbiri giriş sözü ilə məktəbin direktoru Hürzad Verdizadə açdı.Daha sonra yazıçının “Dolu”, “Qarda açan qan çiçəyi”,“Allahı qatil edənlər” əsərlərindən söhbət açıldı, fraqmentlər nümayiş olundu. 10"b" sinif şagirdləri: Tamerlan Babayev, Elşən Babayev, Anar Zamanov, Rəşid Məmmədov, Rəşid Rzayev“Qarda açan qan çiçəyi”povestindən bir səhnəcik nümayiş etdirdilər,5,6, 7 və 8-ci sinif şagirdləri Aqil Abbasdan şeirlər söylədilər. Xor vətənpərvərlik mövzusunda mahnılar oxudu. 6"b" sinif şagirdi Böyükkişi Əsgərov məktəbin musiqi müəllimi Xanım Zeynalovanın Aqil Abbasın “Çiçəkləri ayaq altına atmayın” şeirinə bəstələdiyi mahnını ifa etdi.Aqil Abbas çıxış edərək məktəblilərin ona əsərlərindən verdiyi sualları maraqla cavablandırdı.Tədbir xorun ifa etdiyi “Zəfər marşı” ilə sonlandı.