“Oxu Günü” tədbiri keçirildi
25 Aprel Beynəlxalq Oxu Günü münasibətilə Heydər Əliyev Mərkəzi,Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,“Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliə marağının artırılmasına,oxu vərdişlərinin inkişafına nail olmaq idi..Tədbir 29 apreldə baş tutdu.Bizim məktəb də bu tədbirdə çıxış etdi.Şagirdlərimiz müəyyən nağıl qəhrəmanlarını əks etdirən səhnəcik,özlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirdilər. Bu tədbirdə 4,6 və 11 sinif şagirdləri iştirak edirdilər. 11a sinif şagirdi Ayxan Qasımov ölməz şairimiz B.Vahabzadənin obrazını canlandırdı. Ona suallar verən jurnalist obrazını isə 8b sinif şagirdi Nərmin Məmmədova yaratdı.Bundan başqa Məryəm Davidovanın 6ç sinif şagirdləri rus şair və yazıçılarının əsərlərindən ibarət səhnəciklərlə çıxış etdilər.6ç sinif şagirdləri isə Səməd Vurğunun “Vaqif” dramı əsasında Şah Qacar,Vaqif, vəzir obrazlarını canlandıraraq olduqca maraqlı səhnəcik göstərdilər.